“Turan Transport” Naqliyyat Ekspedisiya Kompaniyası Azərbaycanda beynəlxalq buraxılış qaydalarına uyğun vəsiqə alan ilk şirkətdən olub.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Nazirlər Kabinetinin 2022-ci il aprelin 8-də təsdiqlədiyi “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları”nın icrası ilə bağlı keçirilən tədbirdə bu qaydalara uyğun xidmət göstərən şirkətlərə vəsiqələr təqdim edilib.
Buraxılış vəsiqəsi - avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyəti göstərən, işgüzar nüfuza, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlara, operatorun sürücülərinin hazırlıq səviyyəsinə dair tələblərə cavab verən daşıyıcı şirkətlərə verilir.
Qeyd edək ki, “Turan Transport” Naqliyyat Ekspedisiya Kompaniyası 10 ildən artıqdır ki, beynəlxalq yükdaşımalar sahəsində fəaliyyət göstərir. Hazırda şirkətin avtoparkında 150-dən çox yük avtonəqliyyat vasitəsi mövcuddur.